Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, telefon danışığı bu gün baş tutub.
Söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, eləcə də Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib.




















