"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Hacı Əbdülün şallağı…

28 Sentyabr 2014 - 15:01
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Ölkəmizdə ictimai şüurun səviyyəsini testdən keçirmək üçün xüsusi ixtisaslaşmağa gərək yox. Min il,axar.az1411452256Fazil-mustafa yüz il, on il öncə də belə olmuş. Dəyişən sanki informasiyalardır, mühakiməmiz, faydamıza olanların zamanında seçimi yenə də bərbad gündədir. Hansı mütərəqqi fikir, ideya varsa, din, milli adət, ar-namus adı ilə beləcə qarşısı alınıb. Görün, qaragüruh nədən başlayıb!

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Hamısı da guya ayrı-ayrı cinahlarda, statuslardadır, ancaq təyinatları birdir: insanların faydasına nə varsa, onun qarşısını almaq.

Biz deyirik ki, insanların acılı günlərində maddi qayğılarını yüngülləşdirək, kiminsə meyitinin üzərindən xoşallanaraq qarın doyuzdurmaq kimi görünüşdə milli, həqiqətdə isə anti-milli adətimizə son qoyaq, müqavimət göstərirlər ki, repressiyaya, məcburiyyətə yol vermək olmaz. Adamlar sanki xoş bir gündə sevinməkdən çox, bu sevinci başqalarına göstərmək, nümayiş etdirmək, başqalarının gözünə soxmaqdan həzz alırlar. Adamlar sanki kədərlənməkdən çox, başqalarında kədər aurası yaratmağı düşünürlər.

Dini Komitənin yeni rəhbəri Mübariz Qurbanlının bəlkə də bir çox siyasi görüşlərini paylaşmıram. Ancaq insanların vəziyyətini yüngülləşdirmək üçün hüzr mərasimləri ilə bağlı təkliflərini mütərəqqi, doğru olduğuna görə dəstəkləyirəm. İndi də (Hacı) Əbdül deyilən bir məxluq, xalqın adətlərinin təəssübünü çəkərək, bildiyim qədər heç dindar olmayan ziyalı bir komitə sədrini də vəhhabi adlandırıb. Demək ki, bu tendensiyanın sifariş məkanı eynidir. Həyasızlığın bundan o tərəfi varmı?

Heç başqa ölkələrə baxmaq lazım deyil. İran kimi İslam dininin mərasim tərəfinə ağırlıq verən bir ölkədə belə bu cür abırsız yas məclislərinə rast gəlməzsiniz. Adamlar yığışıb məsciddə cənazə namazını qılıb, ev yiyəsinə başsağlığı verib dağılışırlar. “Dana kəsməsən, aş verməsən, çıxıb getməyəcəyəm!” deyən bir kimsə tapılmaz. Adama deyərlər ki, heç olmazsa, xidmətində olduğunuz qonşu ölkədəki qaydaların Azərbaycanda tətbiq olunmasına mane olmayın! Bəlkə İranda da israfçılığa mane olan ayətullaları vəhhabi adlandırasınız?

Bizdəki cahillərin çoxusu ehsan məsələsinə, elə hacı məsələsi kimi baxırlar. Ehsan səmimiyyətdir, gülər üzdür, xoş sözdür, dərdə şərik olmaqdır, dərd çəkənə yardım etməkdir. Bunlar ehsanı ancaq aş şəklində, kabab formasında görürlər. Eyni qaydada hacı adını da Allahın razı qaldığı ibadətin nəticəsi kimi deyil, bəndə qarşısında mötəbərliliyi təsdiqləyən titul kimi baxırlar. Mahiyyətinə baxsan, Azərbaycan qədər hacı adının saxtakarcasına titula çevrildiyi ikinci ölkə tapmaq çətindir. Hətta vəziyyət o həddə çatmışdı ki, bu gün özünü mütərəqqi azadlıq mücahidi bir ziyalı elan etmiş birisi oradan-buradan köçürdüyü məqalələrin altında Kərbəlayi Kamil Vəli Nərmanoğlu yazırdı. Bu adamların böyük əksəriyyəti yanlış-doğru ibadətlərini yerinə yetirən kimi öz şəxsiyyətlərinə, əməllərinə güvənməyəndə, titullarla mötəbərlik qazandıqlarını düşünürlər.
Baxmayaraq ki, bu mövzuda illərdir fikirlərimi açıq səsləndirirəm, həm yas, həm də toy mərasimlərində mədəniyyətsizliyin, israfçılığın, bütpərəstliyin, harınlığın ortadan qalxacağına bəlkə də ən az inananlardan biriyəm. Çünki hər ikisi ayrı-ayrılıqda böyük bir biznes şəbəkəsidir və insanları üzlərinə gülə-gülə soyub-talayanlar imtiyaz sahibləridir. Bir ucu da gedib çıxır inhisarçılığa.

Müəyyən sahələrdə inhisarçılıq aradan qaldırılan kimi, Şadlıq Evləri deyilən soyğunçuluq məkanları öz möhtəşəmliyini itirib, sıradan bir mədəni xidmət yerinə çevriləcəklər. Bununla belə, yuxarıdan bu sahəni tənzimləmək üçün hansı qərar verilirsə verilsin, cəhalətin yayğın olduğu cəmiyyətlərdə yenə də (Hacı) Əbdüllərin düşüncəsi qalib gələcəkdir. İnsanlar öz xeyrinə olan addımları aktiv dəstəkləməyincə, cəhaləti, israfçılığı təşviq edənləri öz məclisindən qovmayınca, bu cür məkanlarda tədbirllər keçirməkdən imtina etməyincə, bir şeylər dəyişməyəcək. Unutmayın, dövlət idarəetməsində bir xarakterik xüsusiyyət var: çoxluq demokratiyaya hazırdırsa, qərarlar bu yöndə olacaq, çoxluq dürüst yaşamağa meyllidirsə, korrupsiya azalacaq, çoxluq cəhalətə meyillidirsə, başı ağrımasın deyə, dövlət özü də cəhaləti özünə zərər verməyəcək səviyyədə qoruyub saxlayacaq. Hələ də bizim mentalitetimiz Xudu Məmmədovların ağlının təməlinə deyil, (Hacı) Əbdülün şallağının komikliyinə söykənir. Böyük düşüncə adamımız olan Xudu Məmmədov (vəhhabi və ya nurçu adlandırsanız, nəzərə alın ki, 26 il öncə dünyasını dəyişib) elə-belə demirdi ki: “Cəmiyyət, təşkilat insanlar arasında əlaqələrin yaratdığı şəkildir. İnsanlığa ən böyük xidmət bu şəkli mükəmməlləşdirməkdir. Mükəmməl individ köhnə əlaqələri yeniləri ilə əvəz etmir, yenilərini yaradır, köhnələrin isə təbiətini dəyişdirir”.

İndi hər şey tərsinə baş verir. (Hacı və ya Məşədi və ya Kərbəlayi) Əbdülün obrazında köhnələr yeniləri yaratmaq istəyənlərin təbiətini dəyişmək üçün birləşirlər.

Molla İbrahimxəlil kimyagər, ölü dirildən Şeyx Nəsrullah, meyxanaçı Molla Sadıq, Hacı şallağı vuran Əbdül… Dinimizin öncülləri bunlar olanda, cəmiyyətin tələbatı dəyişməyəcək. Min il, yüz, il, on il öncəki kimi…

Düşünürəm ki, bəlkə də Əbdül cəmiyyətimizin nə istədiyini bizdən daha doğru görür? Axı onun kimilər danışa bilirsə, ittiham edə bilirsə, ad qoya bilirsə, ona bu meydanı verən bir sürü insan yığını mövcuddur demək. Öz faydasına olan addımları susqunluqla qarşılayan, zərərinə olanları inadla qucaqlayıb qoruyan bir cəmiyyət, bəlkə həqiqətən də Əbdülün şallağına tamarzıdır?

Pis orasındadır ki, Əbdülün şallağını gerçəkləşdirdiyi qamçı da ya iranskidir, ya da kitayski. Milli qamçımız da deyəsən, hələ ki, istehsal olunmur. Anlaşılan budur ki, milli qamçımız olmasa da, Əbdülümüz və onun şallağı həmişə olacaq. Həm də uzun illər çox-çox olacaq…

Previous Post

Hacı Əbdülün şallağı…

Next Post

Moskva Vaşinqtonu ittiham etdi: “Münasibətləri siz dağıtmısınız”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Moskva Vaşinqtonu ittiham etdi: "Münasibətləri siz dağıtmısınız"

Moskva Vaşinqtonu ittiham etdi: "Münasibətləri siz dağıtmısınız"

Son xəbərlər

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

24 İyul 2026 - 18:44
Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

24 İyul 2026 - 18:31
Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

24 İyul 2026 - 18:21
Mərakeş millisinin futbolçusu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək

Mərakeş millisinin futbolçusu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək

24 İyul 2026 - 18:13
Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb

24 İyul 2026 - 17:59
İordaniya hava məkanında İranın 6 PUA-sını və 7 raketini vurub

İordaniya hava məkanında İranın 6 PUA-sını və 7 raketini vurub

24 İyul 2026 - 17:45
İspaniya F-18 qırıcılarının xidmət müddətini 2040-cı ilə qədər uzadır

İspaniya F-18 qırıcılarının xidmət müddətini 2040-cı ilə qədər uzadır

24 İyul 2026 - 17:37
Milli Məclisin iclası başlayıb

MM: ABŞ Konqresinin qanun layihəsi Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək cəhddir

24 İyul 2026 - 17:25
Milli Məclisin deputatı İranda səfərdədir

Milli Məclisin deputatı İranda səfərdədir

24 İyul 2026 - 17:17
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib

24 İyul 2026 - 17:08
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin istefa verdiyini elan edib

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin istefa verdiyini elan edib

24 İyul 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.