“Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər”.
Elchi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədeyib. O bildirib ki, ötən illərə nisbətən bu ilki zəvvarlar daha sağlamdırlar: “Yəni xəstələr çox azdır, demək olar ki, yoxdur. Arzu edirəm ki, bizim hacılarımız da sağ-salamat qayıtsınlar”.Şeyxin sözlərinə görə, qurban bayramı namazında dünyada müharibələrin olmaması, Azərbaycanın işğal altında olan torpaqlarınn tezliklə işğal olunması üçün, vətən torpağını qoruyanlar, dünyadan gedənlər üçün, bu məsciddə namaz qılan alim-üləmalar üçün dualar edilib: “Bundan əlavə həm də ümumilli lider Heydər Əliyevi yada saldıq. Bu gün Əbülfəz Elçibəyin vəfatı günüdür. Allah-təala ona da rəhmət etsin, biz onu da yad etdik. Biz bütün Azərbaycan, Azərbaycan xalqı və vətən üçün dualar etdik. İnşallah Allah bizim dualarımızı qəbul edəcək”.