Gürcüstanın təhsil naziri istefa verib

4

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili istefa verib.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria hökumət iclasında bildirib.

O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.Qeyd edək ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini tuturdu.