Günter Ottinger: “İqtisadi siyasətimiz üçün ”Şərq Tərəfdaşlığı” effektiv platformadır”

🗓 08.09.2014 14:58 ✍️ "Elçi" qəzeti
”Şərq Tərəfdaşlığı” bizim iqtisadi siyasətimizi inteqrasiya etmək və əməkdaşlıq üçün effektiv platformadır”.Gunter Ottinger
  APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger “Şərq Tərəfdaşlığı” proqramı iştirakçısı olan ölkələrin enerji nazirlərinin Bakıda keçirilən qeyri-formal görüşündə deyib.   G. Ottinger bildirib ki, görüşdə tərəflər enerji təhlükəsizliyi sahəsində vəziyyəti sabitləşdirməyi müzakirə ediblər: “Bu ölkələr müxtəlif potensiala malikdir, lakin birlikdə çalışmağa hazırdırlar. Azərbaycanın neft-qaz hasilatı sahəsində böyük təcrübəsi var. Gürcüstan etibarlı tranzit ərazidir. Ermənistan burada iştirak etmir, lakin bənzər maraqlara sahibdir. Ukrayna və Belarusun böyük potensialı var və Rusiya ilə Avropa İttifaqı arasında vacib tranzit ölkələrdir. Aİ isə iri enerji idxalçısıdır”.   Komissar qeyd edib ki, növbəti bu cür görüşün gələn ay Brüsseldə, gələn il isə Riqada keçirilməsi gözlənilir.

Bənzər yazılar