Greys Anatomy aktrisası Kerol Kuk vəfat edib

47

Amerikalı aktrisa Kerol Kuk 99 yaşına üç gün qalmış 98 yaşında vəfat edib. Aktrisanın ölümünü əri Tom Traup açıqlayıb.
Elchi.az xəbər verir ki, “People” jurnalının məlumatına görə, Kukun ölüm səbəbi ürək çatışmazlığı olub.
Kerol Kukun əsl adı Mildred Frensisdir. Ona adının dəyişdirilməsini Kukun yaxın dost olduğu aktrisa, müğənni və model Lusil Bal təklif edib. O, Ball’s The Lucy Show və Here’s Lucy proqramlarında qonaq olub.
Kerol Kuk Brodveydə debütünü 1954-cü ildə The Threepenny Operada etdi. O, The Incredible Mr. Limpet, American Gigolo, Sixteen Candles, Weekend in Palm Strings kimi filmləri ilə tanınıb, Qrey’s Anatomy və Murder, She Wrote layihələrində rol alıb.

Şayəstə