Varşava bunu Kiyevin özünü müdafiə edə biləcəyi şərait yaratmağı öz məqsədi adlandırıb
Elchi.az xəbər verir ki, Varşava digər ölkələri – Şimali Atlantika Alyansının üzvlərini Kiyevi “Leopard” tankları ilə təchiz etməyə məcbur etmək niyyətindədir. Belə bir bəyanatla cümə axşamı, yanvarın 12-də Polşa hökumətinin mətbuat katibi Piotr Müller çıxış edib.
Ötən çərşənbə, yanvarın 11-də Polşa prezidenti Anjey Duda Lvovda səfərdə olarkən Varşavanın hazırda yaradılmaqda olan beynəlxalq koalisiyanın tərkibində “Leopard” tanklarından ibarət bir kompaniyanı Kiyevə köçürəcəyini bildirdi.
“Müstəqil Ukraynanı müdafiə etməsək, növbəti hədəf biz olacağıq. Bu barədə birbaşa danışmaq lazımdır. Ukrayna uduzsa, Polşa da uduzur”, – deyə respublikanın Nazirlər Kabinetinin mətbuat katibi Polşa televiziyasında tankların tədarükü üçün “koalisiya” ilə bağlı sualı cavablandırarkən bildirib.
Müller Varşavanın məqsədini Ukraynanın özünü müdafiə edə biləcəyi şərait yaratmaq adlandırıb. “Və bunun üçün onun texnologiyaya ehtiyacı var. Siyasi təzyiq elə təsir göstərməlidir ki, digər Avropa ölkələri də bu aksiyalara qoşulsun”.
Şayəstə