"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Global Media Group” Media Akademiyasının növbəti təlim proqramı yekunlaşıb

11 Fevral 2026 - 23:52
in CƏMİYYƏT, Elm və texnologiya, XƏBƏR LENTİ
FacebookVatsap

“Global Media Group” Media Akademiyasının tərkibində fəaliyyət göstərən “Report Media Məktəb”i və “Peşəkar Media Məktəbi”nin növbəti birgə təlim proqramı uğurla başa çatıb. Proqramı tamamlayan 8 məzuna sertifikat təqdim olunub.

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Elchi.az İnformasiya Agentliyində keçirilən yekun görüşdə agentliyin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Namiq Mayılov, “Report Media Məktəbi”nin rəhbəri İsmayıl Rafiqoğlu, eləcə də “Peşəkar Media Məktəbi”nin təlimçiləri – “Global Media Group”-un Marketinq və Kommunikasiya departamentinin rəhbəri Laura Seyidbəyova, PR və marketinq meneceri Vüsal Bəkirov, “Media.az” informasiya portalının direktoru-baş redaktoru Cəmilə Ələkbərova və “Global Management” MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova iştirak ediblər.

Görüşdə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev çıxış edərək bildirib ki, təlim proqramı əvvəlki dövrlərlə müqayisədə daha da təkmilləşib, iştirakçıların tapşırıqlara məsuliyyətli və peşəkar yanaşması yüksək nəticələrə nail olunub. “Tələbələr təlim müddətində fəallıq və təşəbbüskarlıq nümayiş etdirərək öz istedadlarını ortaya qoya biliblər və bu yanaşma onların gələcəkdə uğurlu jurnalist kimi fəaliyyət göstərəcəklərinə işarədir”, – deyərək o bildirib.

“Global Media Group”un Marketinq və Kommunikasiya departamentinin rəhbəri Laura Seyidbəyova çıxışında vurğulayıb ki, Media Akademiya layihəsi Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində medianın dayanıqlı inkişafına töhfə vermək, gənclərin bilik və bacarıqlarını artırmaq, müasir media çağırışlarına cavab verən peşəkar kadr potensialı formalaşdırmaq məqsədi daşıyır. “Eyni zamanda, təlim müddətində aparıcı media nümayəndələrinin iştirakçılarla görüşlərinin təşkil olunduğu və onların praktik biliklərinin inkişafına xüsusi önəm verilib”, L.Seyidbəyova vurğulayıb.

Təlim proqramı çərçivəsində iştirakçılar xəbər, müsahibə, reportaj və araşdırma yazılarının hazırlanması ilə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq və yumşaq bacarıqlar üzrə bilik və praktiki təcrübə qazanıblar.

Media Akademiya layihəsinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook” | “Instagram” | “LinkedIn”) müraciət edə bilərsiniz.

 

 

Previous Post

ABŞ İranla danışıqların davam etdirilməsində israrlıdır

Next Post

Bu günün valyuta məzənnələri

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

“Bitcoin” 67 min dollara kimi ucuzlaşıb

"Bitcoin" 67 min dollara kimi ucuzlaşıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

11 Sentyabr 2026 - 21:39
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

11 Sentyabr 2026 - 21:33
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

11 Sentyabr 2026 - 19:25
Xarici diplomatlar Qarabağ Universitetində olublar

Xarici diplomatlar Qarabağ Universitetində olublar

11 Sentyabr 2026 - 19:17
Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

11 Sentyabr 2026 - 19:08
Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

11 Sentyabr 2026 - 18:54
Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

11 Sentyabr 2026 - 18:40
Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

11 Sentyabr 2026 - 18:29
Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

11 Sentyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.