Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub.
Elchi.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov F. Qəhrəmanlının şahid qismində dindirilməsi faktını təsdiqləyib.
Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.
***
Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı saxlanılıb.
Bu barədə yayılan məlumatları AXCP daxilindəki mənbə AzVision.az-a təsdiqləyib.
Bildirlib ki, ilkin ehtimallara görə, F.Qəhrəmanlı `Müsəlman Birliyi` hərəkatının Nardaran olaylarına görə həbs edilən rəhbəri Taleh Bağırzadənin işinə görə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət edilib. F.Qəhrəmanlı könüllü şəkildə ifadə verməkdən imtina etdiyi üçün saxlanılaraq Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb.
Mənbənin bildirdiyinə görə, F.Qəhrəmanlının Taleh Bağırzadə ilə əlaqələrinin olub-olmaması araşdırılacaq.
Qeyd edək ki, bundan öncə də mətbuatda AXCP təmsilçilərinin Taleh Bağırzadə ilə əlaqələrinin olması haqda xəbərlər yayılmışdı. Bildirilmişdi ki, bu münasibətlər rəsmi qaydada araşdırılacaq.