"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

22 Oktyabr 2026 - 12:19
in SİYASƏT
FacebookVatsap

Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib.

Bunu da oxuyun

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisi 2026-cı ilin sentyabr-oktyabr aylarında Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar, uşaqlara və dinc nümayişçilərə qarşı polis zorakılığı, ağır xəsarət halları, kütləvi həbslər və ictimai təhlükəsizliyin təmin olunmasında yaranmış ciddi problemlərlə əlaqədar dərin narahatlığını ifadə edərək aşağıdakıları bildirir:

“Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılmışdır. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak etmişdir. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir;

Xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır. Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır;

Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir;

Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş vermiş iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilmişdir. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirmişdir. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir;

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir. Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməmişdir. Baş vermiş hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir;

Azərbaycan Respublikasının Milli Məclisi Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır;

Azərbaycan Respublikasının Milli Məclisi, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;

Fransada baş vermiş polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur. Bu baxımdan, beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırırıq;

Azərbaycan Respublikasının Milli Məclisi, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır”.

Previous Post

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Next Post

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Bənzər yazılar

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18

“Qoca qitə” yenə də siyasi böhran və iğtişaşlar ilə üz-üzə qalıb. Bəli, məhz yenə də, çünki oxşar mənzərələr Avropanın müxtəlif...

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28

Bu gün Azərbaycan “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”na qoşulub. Elchi.az xəbər...

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52

Azərbaycanda daşınmaz əmlak sahəsində yeni elektron sistem yaradılır. Elchi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana...

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36

Prezident İlham Əliyev Maliyyə Nazirliyi ilə bağlı yeni fərman imzalayıb. Elchi.az xəbər verir ki, fərmana əsasən, dövlət başçısının 2009-cu il...

Next Post
Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

Azərbaycanda “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılır

28 Oktyabr 2026 - 16:52
Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yeri yaradılacaq

28 Oktyabr 2026 - 16:44
Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Maliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

28 Oktyabr 2026 - 16:36
“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

“Qarabağ” azarkeşlərinə görə 6000 manat ziyana düşdü

28 Oktyabr 2026 - 16:29
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

28 Oktyabr 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.