Fransa Xalq Cümhuriyyət İttifaqı Partiyasının lideri və siyasi şərhçi Fransua Asselino Ukraynanın planlaşdırılan əks-hücumla bağlı ambisiyalarını qiymətləndirib. Onun fikrincə, bunlar həqiqətə uyğun deyil. Elchi.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.
Kiyevin planlarını qiymətləndirmək üçün siyasətçiyə yalnız bir söz lazım idi. Asselino Kiyevin əks-hücumla bağlı Qərbin gözləntilərini doğrultmamaqdan qorxduğu haqda yazılan Vaşington Post məqaləsini şərh edib.
Bundan əvvəl Fransua Asselino Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarını sonsuz zarafat adlandırıb və onların müntəzəm tətbiqinin səmərəsizliyini nümayiş etdirdiyinə işarə edib.
Havar Şəfiyeva