Avropa İttifaqı Rusiyaya tədarük edən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
“Yeni sanksiya siyahısına iki Çin şirkəti 3HC Semiconductor və King-Pai Texnologiya həmçinin Honq-Konqda yerləşən şirkətlər daxildir” – deyə nəşr yazır.
Rusiyaya göndərilən elektron elementlərin hərbi məqsədlər üçün istifadə edildiyi iddia edilsə də, Pekin Moskvaya hərbi yardım göstərdiyini inkar edir. Sanksiya siyahısının müzakirəsi mayın ortalarına planlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, heç bir ölkənin Pekin və Moskva arasında münasibətlərə müdaxilə etmək hüququ yoxdur. O, həmçinin qeyd edib ki, ABŞ hökumətinin indiki siyasəti gərginliyin artmasına səbəb ola bilər.
Havar Şəfiyeva