Böyük Britaniya və Fransa ABŞ-ın dəstəyi olmadan Ukraynaya qoşun göndərmək istəmirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Adı çəkilməyən Aİ rəsmisi bildirib ki, “ABŞ olmadan bunların heç biri baş verməyəcək… Trampın mövqeyi hələ də bəlli deyil”.
Nəşrdə Britaniya Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makronun ABŞ Prezidenti Donald Trampdan sadəcə Avropa qoşunlarının Ukraynaya göndərilməsi üçün dəstək almaq, yoxsa ABŞ qoşunlarının da ora göndəriləcəyinə dair vəd almaq niyyətində olub-olmadığı göstərilmir.
Məryəm





















