Finlandiyada azyaşlı Vantaa şəhərindəki Viertola məktəbinə hücum edib, üç məktəbli yaralanıb.
Elchi.az.az xəbər verir ki, bu barədə Finlandiya polisinin saytında yerləşdirilən məlumatda deyilir.
“Bu səhər Vantaadakı Viertola məktəbində atışma olub. Hüquq-mühafizə orqanları hadisə yerinə səhər saat 9:08 radələrində göndərilib və hadisəni araşdırmaq üçün saat 9:40-da hadisə yerinə gəliblər”, – deyə polis bildirib.
Qeyd olunur ki, şübhəli şəxs həbs edilib və bu iş üzrə istintaq davam edir.
Havar Şəfiyeva