NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç rəsmiləri avqustun 26-da Türkiyə rəsmiləri ilə görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İclas Finlandiyada keçiriləcək. Məlumatı Finlandiya tərəfi təsdiqləyib.
İsveç Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu mexanizmin ilk iclası avqustun 26-da keçiriləcək.
İyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında Ankaranın narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb.