Fermerlərə xəbərdarlıq – Sudan israfçılığa son qoyulacaq

181
SHARES
317
VIEWS

>

 

Bunu da oxuyun

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasının gündəliyinə daxil edilən “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklə bağlı müzakirə aparılıb.

Modern.az-ın məlumatına görə, müzakirələrdə çıxış edən komitənin sədr müavini Eldar Quliyev məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq.

“Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır və yarandı. Sudan bəzən başqa sahələr və məqsədlər üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”.

Deputat Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da çox mühüm önəm daşıdığını bildirib. “Bəzi ölkələrdə hətta, sığorta sekroru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib.

Bu baxımdan, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi olduqca vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunu üçün də ilk növdədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”.

Bənzər yazılar

Next Post

Son xəbərlər