Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bəyan edib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Arktikadakı Rusiya donanmasını nəzərə almalıdır.
Elchi.az-ın xəbərinə görə senator qeyd edib ki, Kallasın ritorikası coğrafiyadan açıqca xəbərsizliyini ortaya qoyur.
“Onlar hədə-qorxu gəlməyə başlayanda qoy unutmasınlar ki, Şimal Dəniz Marşrutunun mənbəyində Rusiyanın Şimal Donanması dayanır. Heç bir Avropa dövləti, hətta NATO üzvlərinin hamısı belə onunla rəqabət apara bilməz. Bu, sərhədlərimizi həmişə müdafiə edəcək güclü qüvvədir”, – Cabarov qeyd edib.
O, Avropa diplomatiyasının rəhbərinə Moskvaya qarşı aqressiv hücumlardan əl çəkməyi tövsiyə edib. Bunun əvəzində Kallas Rusiya ilə dialoqu bərpa etmək yollarını axtarmalıdır, senator hesab edir.
Bundan əvvəl Kallas bəyan etmişdi ki, Avropa İttifaqı (Aİ) Şimal dəniz yolu üzərində Rusiya və Çinlə rəqabət aparmaq niyyətindədir. Bu fonda o, Aİ-ni Arktikada daha fəal olmağa və öz hərəkətlərini ABŞ və Kanada ilə əlaqələndirməyə çağırıb.
Yeganə





















