"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ermənistanın sabiq baş naziri: `Azərbaycan bizi əzdi`

24 Aprel 2016 - 06:55
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

musahibe

 

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, baxmayacaq ki, biz qarabağlı ermənilərin müstəqilliyini tanımışıq, ya yox. Hərbi əməliyyatların nəticələrini Ermənistan üçün uğurlu saymıram. Əksinə, Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi də bərbad işlədiklərini göstərdilər. Çox pis vəziyyətdəyik”.

Ermənistanın sabiq baş naziri, “Azadlıq” Partiyasının sədri, Erməni Milli Konqresinin parlament fraksiyasının liderlərindən biri Hrant Baqratyan 1in.am-ın əməkdaşı Arevik Saakyana verdiyi müsahibəsində belə deyib.

AzVision.az milli.az-a istinadən müsahibəni müəyyən ixtisarlarla təqdim edir:

– Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaxın günlərdə intensiv danışıqlar prosesi başlanacaq. Prosesin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. “İzvestiya” qəzeti də yazmışdı ki, V.Putin Ermənistanla Azərbaycanı qarşılıqlı güzəştlərə sövq etmək istəyir. Sizcə, Rusiyanın bu prosesdə aktivləşməsi Ermənistana nə vəd edir?

– Nə siz, nə də mən bilirik ki, bu proses sadəcə, Rusiyanın iştirakı və ya təşəbbüsü ilədir. Ola bilər ki, hər şey ABŞ və ya Fransa ilə də razılaşdırılsın. Unutmayın ki, bu günlərdə Fransanın xarici işlər naziri Moskvada səfərdə olacaq. Məncə, səfər əsasən Dağlıq Qarabağ məsələsinin müzakirəsinə həsr olunub. Vladimir Putinin iştirakına gəldikdə isə, yayılan xəbərlər göstərir ki, Dağlıq Qarabağ məsələsi yeni, daha üst səviyyəyə qalxıb. Baş verənlər “Roma nəzəriyyəsi”dir. Rusiya Avrasiya İqtisadi Birliyini ona görə yaradıb ki, Avrasiya materikinin şimalından tutmuş Fars körfəzinədək, Ərəb dənizinədək ərazilərə nəzarət etsin. 7-8 ölkənin yardımı ilə buna nail olmaq istəyir.

Problemin həlli üçün Azərbaycan, Türkiyə və İranla bağlı məsələlər həll olunmalıdır. Rusiya artıq anlayır ki, Ukrayna, Moldova və ya Gürcüstan strateji baxımdan əhəmiyyət kəsb etmir. Əsas məqsəd Avropadan mal və məhsulların Çinə, Yaponiya, Cənubi Koreyaya, Hindistana məhz Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin ərazisindən daşınmasıdır. Bu, Dostoyevskinin bir zamanlar “Üçüncü Roma nəzəriyyəsi” adlandırdığı məsələdir. Həmin nəzəriyyəyə görə, rusların “Konstantinopol” dedikləri İstanbul Rusiyanın paytaxtı olmalıdır.

19-cu əsrdən etibarən Rusiya həmişə Türkiyəyə qarşı Qafqaz və Balkan cəbhəsində müharibələrə başlayıb. Balkanlarda uduzanda Qafqazda güzəştlər edib. Əfsuslar olsun ki, həmişə ermənilərin hesabına. Amma o da doğrudur ki, dünya dəyişib. Nəhəng geosiyasi proqramlar asanlıqla dağılır.

– Dediklərinizdən belə çıxır ki, Azərbaycan da Avrasiya İqtisadi Birliyinə daxil ola bilər. Amma təşkilatın bütün üzvlərinin razılığı olmadan belə üzvlük mümkün deyil. Ermənistan razı olmasa, necə?

– Ermənistan razı olacaq.

– Hətta Azərbaycanın üzvlüyünə?

– Bəli. Bizim rəhbərlər kordur, Azərbaycan bizi əzdi. Hakimiyyətimizin zəifliyi və bivecliyi sayəsində başqa çıxış yolumuz qalmayıb. Rusiya Azərbaycanla münasibətlərdə bizi heç vecinə də almır.

– Axı necə yəni?! Avrasiya İqtisadi Birliyinin nizamnaməsi var və Ermənistan qərara veto qoyarsa… Yəni demək istəyirsiniz ki, Ermənistan rəhbərliyi artıq özünü məğlub sayır?

– Sizə deyirəm ki, Rusiya bizi növbəti dəfə aşağılamaq, əzmək üçün yeni yol tapacaq. Rusiyanın “Ermənistan vetosu” problemini həll etmək üçün ən azı 10-15 çıxış yolu var.

– Belədirsə, Ermənistan nə etməlidir?

– Nə etsək də, mənası yoxdur. Ermənistan hakimiyyəti indi elə bir vəziyyətdədir ki, nə Qərbə, nə də Rusiyaya qarşı çıxa bilməz. Rusiyaya qarşı çıxmaq Serj Sarkisyanın devrilməsi deməkdir. Qərbin şərtlərinin qəbul olunmaması da Serj Sarkisyanın “siyasi ölümü” olacaq. Bu adam hələ də dərk etməyib ki, iki ağaya qulluq edən nökərin vəziyyəti acınacaqlı olur.

– Çıxış yolumuz nədir?

– Ermənistan rəhbərliyi ölkəni bu vəziyyətə salıb. Avrasiya İqtisadi Birliyinə qoşulmaqla bağlı məsələ müzakirə olunanda bu qərarın bizə heç nə verməyəcəyini demişdim. Amma mənə qulaq asmadılar. Dedilər ki, daha da güclənəcəyik. Bəs nə oldu, niyə güclənmədik?

– “Dördgünlük müharibə”dən sonra…

– Bilirsiniz, gəlin aldanmayaq. Bizə deyirlər ki, Azərbaycana Türkiyə dəstək verir. İnanmıram. Azərbaycana dəstək verən ölkələr çoxdur. Məqsəd də bizi danışıqlara vadar etmək, güzəştlərə sürükləmək idi. Məqsədlərinə də çatdılar.

– Yəni Rusiya Ermənistanı bu günə qoydu?

– Bunu demək üçün konkret faktlarım yoxdur. Amma onu da deyə bilmərəm ki, Rusiya, ABŞ və Fransa bizə qarşı belə oyun oynamadılar. Rusiyanın böyük təsir rıçaqları var. Hər halda Rusiyanın baş naziri Dmitri Medvedev döyüş günlərində “qoşunların hərəkətini görürük” bəyanatı verdi. Fikir versəniz, ABŞ-ın dövlət katibi və prezidenti belə açıqlama vermədi.

– Bu, ABŞ-ın məlumatı olmadığı anlamına gəlmir.

– Bu o deməkdir ki, ABŞ başqa peyk vasitəsilə hər şeyi izləyirdi.

– Belə vəziyyətdə nə etməliyik?

– Qarabağlı ermənilərin müstəqilliyini tanımalıyıq. Bütün dünyadan bunu istəyirik, amma özümüz etmirik. İndi Qarabağda guya könüllü vuruşuruq.

– Hə, Ermənistan əsgərləri oradadır.

– Anlamalyıq ki, qarabağlı ermənilərin döyüşü Ermənistanın müharibəsidir. Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlasa, bizim nə dediyimizə, hansı mövqe tutduğumuza baxmayacaq. “Dördgünlük” müharibənin nəticələri bizim üçün çox ağır oldu.

– Yəni Ermənistanı sülh müqaviləsinə vadar edəcəklər, Deyton anlaşmasının yeni variantı olacaq?

– Yəqin, Kemp-Devid və ya Deyton anlaşmalarındakı təki, Ermənistanı güzəştlərə vadar edəcəklər. Kemp-Devid variantı daha yaxşıdır. Deyton anlaşması pis qərardır.

– Madrid və Kazan variantları barədə nə düşünürsünüz?

– Bu variantların heç biri tam açıqlanmayıb. Yalnız qısa şərhlər, açıqlamalar var. Belə şəraitdə konkret nə isə demək istəməzdim. Son iki xarici işlər nazirimiz Madrid variantını tərifləyir. Bilmirəm, elə sənəd olsaydı, görərdim. Amma həll mərhələlidirsə, uduzduq. Mərhələli həll variantlarına nifrət edirəm.

– Bizdən 7 rayonu azad etmək tələb olunur.

– Yenə təkrar edirəm: Madrid sənədləri tam açıqlanmayıb. Bizə sadəcə deyilib ki, 7 rayonu azad edək, əvəzində Dağlıq Qarabağda referendum keçirmək imkanı əldə edirik. Sənədlər açıqlansın, fikirləşərik. İstənilən halda qərarı Serj Sarkisyan verməməlidir. O, səhv edə bilər. Məsələ Ermənistanda referendumda həll olunmalıdır.

– Ermənistanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendum keçirildi.

– Gördük o referendumun nəticələrini. Sözün açığı, hakimiyyət referendumla bağlı istənilən fırıldağı, saxtakarlığı edə bilər.

Previous Post

Ermənistanın sabiq baş naziri: `Azərbaycan bizi əzdi`

Next Post

Rusiyadan şərh: “Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır”

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

Rusiyadan şərh: "Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır"

Rusiyadan şərh: "Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır"

Son xəbərlər

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.