Vatikan, ağciyər xərçəngi səbəbindən keçirdiyi əməliyyatdan sonra Papa XIV Leonun səhhəti barədə yeni məlumat verib. Bildirilib ki, sağ ağciyərinin aşağı payı çıxarılan 71 yaşlı Papanın sağalma prosesi gözlənildiyi kimi gedir; o, artıq gəzməyə başlayıb və normal qidalanma rejiminə qayıdıb.
Elchi.az xəbər verir ki, Vatikan Katolik dünyasının ruhani lideri Papa XIV Leonun səhhəti ilə bağlı əlavə məlumatlar paylaşıb. Məlumata görə, oktyabrın 13-də Romadakı “Gemelli” xəstəxanasında aparılan ağciyər əməliyyatı zamanı götürülən toxuma nümunələrinin təhlili “ağciyər adenokarsinoması” diaqnozunu təsdiqləyib.
Sağ ağciyərin bir hissəsi çıxarılıb
Vatikanın Mətbuat Xidmətinin bəyanatında qeyd olunur ki, Papanın sağ ağciyərinin aşağı payı video-dəstəkli cərrahi əməliyyat vasitəsilə çıxarılıb. Təxminən 90 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb və heç bir ağırlaşma qeydə alınmayıb.
Əməliyyatdan sonrakı qan analizləri və döş qəfəsinin rentgen müayinələri normal nəticələr göstərib; həmçinin bildirilib ki, Papa tənəffüs fizioterapiyasına başlayıb.
Şayəstə





















