"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ermənistan konstitusiyasının necə olması sülhə təminat verə bilməz”-Qüdrət Həsənquliyev

29 Dekabr 2025 - 11:02
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:

Bunu da oxuyun

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

– Qüdrət bəy, Prezident 2026-cı ili şəhərsalma və memarlıq ili elan etdi. Gözləntilərinizi bilmək maraqlı olardı…

– Öncə xalqımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, 2026-cı ilin xalqımız üçün daha uğurlu olmasını arzulayıram.
Şəhərsalma tikinti deməkdir. Gələn il bu sahədə inhisarçılıq aradan qaldırılacaqsa, tikintiyə icazə vermək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına veriləcəksə, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı təmin olunacaq, qeyri-neft sektoru inkişaf edəcək. Bu sahə ilə əlaqəli yeni istehsal müəssisələri yaradılacaq, mənzillərin qiyməti aşağı düşəcək,10 minlərlə yeni iş yerləri açılacaq, büdcə daxilolmaları dəfələrlə artacaq.
Bakının bir çox rayonlarında yağış yağanda evlər su ilə dolur. Mikrorayonlarda köhnə, el arasında “xruşşovka” adlanan 5 mərtəbil binaların istismar müddəti çoxdan bitib, onlar yaşayış üçün minimal standartlara belə cavab vermir. Zirzəmiləri kanalizasiya suyu dolmuş bir çox 9 mərtəbəli binalar belə sökülüb yenidən tikilməli, yeni parklar salınmalı, mədəniyyət obyektləri, idman meydançaları tikilməlidir. Bunu etmək istəyən çoxsaylı özəl tikinti şirkətləri var, amma onlara bu işləri görmək üçün icazə verilmir. İnsanlar illərdir gözləyir ki, onların qəzalı evləri nə vaxt söküləcək və onlar nə vaxt müasir ev, yaxud kompensasiya alacaqlar. Gələn il bu sahədə iqtisadi azadlıqlar təmin ediləcəksə bunu yalnız alqışlamaq olar. Tikintiyə icazənin yerli hakimiyyət orqanlarına verilməsi regionların inkişafına töhfə verəcək, Bakıya axının qarşısını alacaq. Şəhərsalma həm də müasir infrastrukturun yaradılması, yeni yollar, tramvay xətləri, metro tikintisi, yeni kanalizasiya xətləri və s. deməkdir. Allaha dua edək ki, bu istiqamətdə ciddi qərarlar qəbul olunsun.

– Qüdrət bəy, Rusiya 25 dekar 2024-cü ildə Qroznı üzərində sərnişin təyyarəsini vuranları məsuliyyətə cəlb etmədi. Azərbaycanın reaksiyası necə olmalıdır?

– Görünür, ya Rusiya Azərbaycanla münasibətləri hələlik qaydaya salmaqda maraqlı deyil, ya da onları məsuliyyətə cəlb etməkdə rəsmi Moskvanın ciddi çətinlikləri var. Ona görə təmkinli davranmalıyıq. Baş Prokurorluğun əlində kifayət qədər sübutlar varsa, Bakıda qiyabi məhkəmə prosesi keçirilməli, həmin şəxslər məhkum olunub beynəlxalq axtarışa verilməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin daha da pisləşməsinə yol vermədən, əgər ikitərəfli qaydada məsələnin ədalətli həllinə nail olmaq mümkün olmadısa, onun beynəlxalq müstəvidə hüquqi həllinə nail olmağa çalışmalıdır.

– Gələn il Ermənistanla sülh sazişi imzalana bilərmi?

– Bunun üçün əlverişli regional vəziyyət olmalıdır. Bu yalnız bizdən asılı məsələ deyil. Azərbaycan üzərindən Ermənistana yük daşınmasında region dövlətləri maraqlı olduğu üçün bunu etmək mümkün oldu, gərək onlar sülhdə də maraqlı olsun. Mən çox istəyirəm ki, biz öz tərəfimizdən sülhün imzalanması üçün gərəkli olan addımları ataq. Ermənistan konstitusiyasının necə olması sülhə təminat verə bilməz. Sülhə təminat güclü ordumuzun və müttəfiqlərimizin olması, regional əməkdaşlığın genişləndirilməsi, qonşularımızla dostluq siyasətinin gücləndirilməsi ola bilər. Region dövlətlərinin sıx inteqrasiyası olsa, Ermənistan öz konstitusiyasını sözsüz ki, dəyişəcək. Əvvəllər də söyləyirdim ki, ikitərəfli danışıqlarla sülhə nail olmaq mümkünsüzdür. Güclü vasitəçilərin olması lazımdır. ABŞ regiondan çox uzaqdadır və administrasiyaların dəyişməsi ilə bu ölkənin xarici siyasəti də kəskin dəyişir. Həm də ABŞ-nin Əfqanıstanda öz müttəfiqlərini necə qoyub qaçmasını da, Gürcüstanı və Ukraynanı necə müdafiə etməsini də gördük. Ona görə Rusiya və Türkiyəni Ermənistanla sülh sazişinin imzalanmasına dəvət etməliyik. Bu gün çoxlarına xəyal kimi görünsə də 3+3 formatında, gələcəkdə Mərkəzi Asiya respublikalarının da qoşulacağı yeni iqtisadi birliyin və həmin birlik çərçivəsində ümumi bazarın yaradılmasına çalışmalıyıq.

– İlin sonuna qədər Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanması mümkündürmü?

– Ukrayna çıxılmaz vəziyyətədədir. Nə Britaniya, nə Almaniya, nə də Fransa Ukraynaya uzaqmənzilli raketlər vermir. O cümlədən digər NATO dövlətləri lazım olan səviyyədə Ukraynanı müdafiə etmirlər. Silah özümüzə lazımdır deyənlər sadəcə riyakarlıq edirlər. Həmin silahla özlərini kimdən qoruyacaqlar? ABŞ ümumiyyətlə kənara çəkilib vasitəçi olduğunu deyir. Rusiya Trampın köməyi ilə Ukraynanı onun şərtlərini qəbul edib, böyük ərazi itkiləri ilə barışmağa məcbur edəcək. Ukrayna 20 % torpaq itkisi ilə dövlət suverenliyini qoruyub saxlaya bilsə, bunu indiki halda onun xilası hesab etmək olar. Gələcəkdə isə Rusiya Xarkovu, Dnepropetrovski, Odessanı da Ukraynadan alacaq. Ukrayna xalqının, onları aldadıb tək buraxmış Qərbə nifrəti getdikcə artacaq, ukraynlar da gürcülərin yolu ilə gedəcək. Rusiya Ukrayna üzərində nəzarətini bərpa edəcək. Müharibə Rusiyanın şərtləri ilə başa çatsa Rusiya dünya lideri statusunu təsdiq edəcək və bu onun NATO, korrupsiyalaşmış Avropa liderləri üzərində möhtəşəm qələbəsi olacaq. Dünyada Rusiyasız heç bir qərar qəbul olunmayacaq. Trampın Ukraynaya təzyiqlərini izləyib belə qənaətə gəlmək olar ki, sülh sazişi yaxın zamanlarda imzalana bilər. Müharibənin davam etməsi artıq Rusiyanın maraqlarına cavab vermir, Ukraynanın isə müharibəni davam etdirmək imkanı yoxdur.

– Qüdrət bəy, Türkiyə görsə də Putin Türkiyəyə səfər etməyə tələsmir, amma təkidlə onu Ankaraya dəvət edir, səbəb nədir?

– Rusiya hərbiləşmiş güclü nüvə dövlətidir, böyük təbii sərvətlərə malikdir. ABŞ-də onun Tramp tərəfindən necə qarşılandığını bütün dünya seyr etdi. Həm də Putin cəsarətli dövlət başçısıdır. Hamı ondan çəkinir. Türkiyədə düşünürlər ki, o Ankaraya getsə bu Türkiyənin nüfuzunu qaldırar, qarşılıqlı maraqlara cavab verən razılaşmalar əldə oluna bilər. Ukraynanın kapitulyasiyasından sonra Qərb liderləri Putinin əlini öpmək üçün növbəyə dayanacaq.

Previous Post

Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlanıb

Next Post

Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə edilib

Bənzər yazılar

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

27 Oktyabr 2026 - 10:06

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev Azərbaycan-Niderland,...

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38

ABŞ Prezidenti Donald Tramp Somalinin "bəlkə də dünyada ən pis ölkə" olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və...

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

Next Post
Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə edilib

Ədliyyə naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30
Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

27 Oktyabr 2026 - 14:14
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

27 Oktyabr 2026 - 14:07
Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 14:00
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

27 Oktyabr 2026 - 13:51
ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

27 Oktyabr 2026 - 13:42
Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

27 Oktyabr 2026 - 13:30
Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis təyin edilib – SƏRƏNCAM

27 Oktyabr 2026 - 13:16
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

27 Oktyabr 2026 - 13:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.