ABŞ Prezidenti Donald Tramp Somalinin “bəlkə də dünyada ən pis ölkə” olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və hökumətin olmadığını bəyan edib.
Elchi.az xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı Somali mənşəli siyasətçi İlhan Ömərlə bağlı vəziyyəti şərh edərkən verib.
“Bilirsiniz, o, Somalidəndir – bəlkə də dünyada ən pis ölkədən. Orada hökumət yoxdur, orada ümumiyyətlə heç nə yoxdur. Məşğul olduqları tək şey insanları öldürməkdir. Onlar insanları öldürürlər. Gəmilərə hücum edirlər. Onların polisi yoxdur. Sadəcə qaçıb bir-birlərinə atəş açırlar”, – deyə Tramp oktyabrın 25-də ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Miçiqan ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Yayımı “Fox Business” telekanalı təqdim edib.
ABŞ lideri həmçinin konqresmen Öməri “təxribatçı” adlandıraraq onu bir daha istefa verməyə çağırıb.
Məryəm



















