Ərdoğan və Putin yenidən görüşə bilər

111

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Türkiyə liderinin 19-25 sentyabr tarixlərində təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi BMT- dəki təmaslarından sonra yeni görüş keçirə bilərlər.
Elchi.az xəbər verir ki, bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.
Sentyabrın 4-də Soçidə keçirilən danışıqlarda kasıb Afrika ölkələrinə 1 milyon ton taxıl tədarükü ilə bağlı Putinin təklifinə Ərdoğan müsbət reaksiya verib.
“Putinin bəyanatlarından belə nəticəyə gəldik ki, taxıl dəhlizi ilə bağlı danışıqlar bir müddət davam edəcək. Hər iki lider Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilər”, – Türkiyə prezident administrasiyasına yaxın nəşrin köşə yazarı Abdulkadir Selvi yazır.
“Ərdoğan taxıl dəhlizi ilə bağlı çox açıq danışdı. O qeyd edib ki, o, BMT ilə birlikdə hazırladığı təkliflər paketinin taxıl müqaviləsini bərpa etmək üçün uğur qazanacağına ümid edir.

Nuranə Məmmədova