İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edərək Qərb ölkələrini İrana qarşı hücumlar qarşısında səssiz qalmaqda günahlandıraraq, “Beynəlxalq hüquq ölüb” deyib.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən X sosial media platformasından AA-nın paylaşımını sitat gətirən Əraqçi bildirib ki, Qərb ölkələrdən asılı olaraq ikili standartlar tətbiq edir. “Beynəlxalq hüquq ölüb. Bunun səbəbi Qərbin Qəzza və Ukraynaya münasibətdə tətbiq etdiyi ikili standartlar və İsrail və ABŞ-ın İrana qarşı təcavüzünə qarşı susqunluğudur”, – deyə Əraqçi Almaniya prezidenti Frank-Valter Ştaynmayerə “iranlılara qarşı pozuntuları pislədiyinə” görə təşəkkür edərək bildirib.
Əraqçi həmçinin qanunun aliliyinə dəyər verənləri səslərini daha çox ucaltmağa çağırıb.
Almaniya prezidenti Ştaynmayer İkinci Dünya Müharibəsindən sonra Almaniya Xarici İşlər Nazirliyinin yenidən qurulmasının 75-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək vurğulayıb ki, xarici siyasəti daha praqmatik və effektiv etmək beynəlxalq hüquqdan imtina etmək demək deyil. O bildirib ki, “Beynəlxalq hüququn pozulmasını pozuntu adlandırmamaq xarici siyasətimizi daha inandırıcı etmir. Biz bununla Qəzza müharibəsi zamanı da qarşılaşmalı olduq, İran müharibəsində də qarşılaşmalıyıq. Çünki mənim fikrimcə, bu müharibə beynəlxalq hüquqa ziddir”.
Şayəstə





















