"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın…”

24 Mart 2021 - 00:28
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

Bunu da oxuyun

Tovuz rayonuna dolu düşüb

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

– Qüdrət bəy, bəzi iqtisadçı bloqerlər Türkiyə lirəsinin 17%-lik devalvasiyasından sonra hökuməti  devalvasiyaya getməyə çağırırlar və bəyan edirlər ki, bu ixracı stimullaşdıra bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik. – Hər hansı məsələyə münasibət bildirərkən ölkənin sosial-iqtisadi vəziyyəti mütləq  nəzərə alınmalıdır. Bizim qeyri-neft sektorunda ixrac məhsullarımızın ,xüsusilə sənaye məhsullarının sayı və həcmi çox məhduddur,əsasən kənd təsərrüfatı məhsullarından ibarətdir. Ümumi ixracın təqribən 10%-ni təşkil edir. Ona görə də devalvasiyay getməklə ixracın stimullaşdırılması barədə fikirlərin ciddi əsası yoxdur. Amma devalvasiyaya gedilsə əvvəlki təcrübədən çıxış edərək deyə bilərik ki, bu həm vərtəndaşlarımızın sosial vəziyyətini xeyli pisləşdirəcək,həm də iqtisadi islahatların həyəta keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Bu baxımdan  nə qədər manatın kursunu sabit saxlamaq mümkündürsə bunu etməli,iqtisadi islahatları sürətləndirməliyik. Xammal ixrac etməkdənsə böyük perspektivləri olan kimya və yüngül sənayeni inkişaf etdirməli, süründürməçiliyə son qoyub Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. – Milli Şuranın Rusiya və Ermənistanın Türkiyə -Rusiya münasibətləri gərginləşəcəyi halda torpaqlarımızı yenidən işğal edə biləcəyi barədə həyəcan dolu çıxışlarının bir əsası varmı? – Mən onları elə-belə fit müxalifəti adlandırmamışam ki. Onlar tapşırıq alıblar ki, nəyin bahasına  olursa olsun Rusiya-Azərbaycan,Türkiyə-Rusiya münasibətlərini gərginləşdirmək və korlamaq lazımdır. Əvvəla onu deyim ki, Ərdoğanla Putin onların Qərbdə “sevilmədiyini” çox yaxşı başa düşürlər. Onu da bilirlər ki, ölkələrinin mənafeləri tələb edir ki, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlıq etsinlər. Belə olan halda kiməsə xoş gəlmək üçün niyə bir-biri ilə münasibətləri pozmalıdırlar? Əvvəllər də qeyd etdiyim kimi, hər iki ölkə bir-biri üçün vazkeçilməz tərəfdaşa çevrilməkdədirlər. Bu fikirlər Azərbaycan-Rusiya münasibətlərinə də aiddir. Azərbaycan bəzi gerizəkalıların dediyi kimi Rusiya ilə müharibəyə hazırlaşmamalı, onunla dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməlidir. Fit müxalifətinin bir məqsədi də cəmiyyəti daim gərginlik altında saxlamaq cəhdidir. Düşünürlər ki, belə olarsa ölkədə kütləvi psixoz vəziyyəti yaradıb sonda hətta əhəmiyyətsiz bir məsələyə görə insanları küçələrə töküb hansısa siyasi məqsədlərinə çata bilərlər. Ona görə ictimaiyyətin nəbzini yoxlamaq üçün bəzən özləri, bəzən ətraflarındakı  adamlar vasitəsilə mitinqlər çağırırlar. Amma bəlli olur ki, nəinki xalq, hətta həmin adamların ailə üzvləri belə onların çağırışlarına əhəmiyyət vermir. Hazırda həm beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizdə  suverenliyimizin tam bərpa olunması istiqamətində, həm də dövlət quruculuğu və iqtisadi sahədə görəcəyimiz çoxlu işlər var. Hesab edirəm ki, hər bir vətəndaşımız kimi iqtidar da bunu görür və bunun fərqindədir. Problemlərin olması o demək deyil ki, xalqımız nifrət və qisas hissi ilə qovrulan, xarici dairələrin əlində vasitəyə çevrilmiş adamların çağırışlarına cavab verəcəkdir. – Qüdrət bəy, Rusiyanın Dağlıq Qarabağı Ermənistan və Azərbaycandan qoparıb öz nəzarətinə keçirməsi, erməni sakinlərə rus pasportları paylanması barədə deyilənlərin əsası varmı? – Hazırda 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistanın razılığı ilə bölgədə atəşkəsə nəzarəti Rusiya həyata keçirir. Rusiya 5 il müddətində özünün sülhməramlı missiyasını həyata keçirməli, Azərbaycan və erməni xalqlarının barışmasına, Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunmasına və regional əməkdaşlığa töhfə verməlidir. Bunlar baş verməyəcəksə Rusiyaya inam itəcək. Ona görə düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin. Erməni sakinlərə rus pasportlarının verilməsi barədə heç bir ciddi informasiya yoxdur, əksinə, biz görürük ki, Rusiya “10 noyabr” Bəyannaməsi ilə onun səlahiyyətlərinə aid olmasa da Ermənistanla sərhədlərin demarkasiyası istiqaəmətində hər iki tərəfə son dərəcə zəruri olan köməyi edir. Buna görə biz Rusiyaya təşəkkür etməli, gələcək barədə yaxşı düşünməli və bu istiqamətdə fəaliyyət göstərməliyik. – Son olaraq ABŞ-Rusiya qarşıdurması barədə nə deyə bilərsiniz? – Hər iki ölkə böyük nüvə potensialına malikdir və Azərbaycanla yaxşı əlaqələri var. Nüvə silahı isə  müharibələri əngəlləyən böyük çəkindirici gücə malikdir. Bu iki dövlət beynəlxalq sülh və təhlükəsizlik üçün əməkdaşlıq etməlidir.Bir müddətdən sonra onlar öz aralarında dil tapıb gərginliyin aradan qaldırılmasına çalışacaqlar. Əvvəllər olduğu kimi, indi də, bu istiqamətdə danışıqlar üçün Bakı gözəl məkan ola bilər.

Previous Post

“Düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın…”

Next Post

20 minlik erməni ordusu Qarabağdan çıxarılır…

Bənzər yazılar

Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37

Tovuz rayonuna dolu düşüb. Elchi.az -ın məlumatına görə, dolu rayonun Çobansığnaq kəndində yağıb. Təbiət hadisəsi bu gün axşam saatlarında baş...

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35

Sakit okeanda "Polo" qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib. Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su...

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) partiyasının lideri Florian Filippo Fransa Prezidenti Emmanuel Makronu genişmiqyaslı elektrik kəsilməsini simulyasiya edən təlimlərə hazırlıq fonunda...

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

22 Sentyabr 2026 - 14:00

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşdə amerikalı həmkarı Donald Trampdan Rusiyaya qarşı təzyiqləri artırmağı xahiş etmək...

Next Post
20 minlik erməni ordusu Qarabağdan çıxarılır…

20 minlik erməni ordusu Qarabağdan çıxarılır...

20 minlik erməni ordusu Qarabağdan çıxarılır…

20 minlik erməni ordusu Qarabağdan çıxarılır...

Son xəbərlər

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

22 Sentyabr 2026 - 23:41
Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37
“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

22 Sentyabr 2026 - 21:39
ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

22 Sentyabr 2026 - 20:51
ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

22 Sentyabr 2026 - 20:48
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

22 Sentyabr 2026 - 20:10
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

22 Sentyabr 2026 - 20:08
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

22 Sentyabr 2026 - 20:07
Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

22 Sentyabr 2026 - 19:29
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

22 Sentyabr 2026 - 19:11
Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

22 Sentyabr 2026 - 19:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN: Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır

22 Sentyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.