Türkiyə və Ermənistan ikitərəfli münasibətlərin normallaşması prosesində irəliləyiş əldə edib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz Ermənistanla münasibətlərimizin normallaşması prosesində irəliləmişik”, – Ərdoğan deyib.
O, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə ümid etdiyini də ifadə edib.




















