Sinqapur hakimiyyəti avtobuslarda ictimai qaydanı pozduğuna görə təxminən 400 dollar məbləğində cərimələr tətbiq edir.
Elchi.az xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir.
Yeni qaydalar artıq 2026-cı il sentyabrın 23-dən qüvvəyə minəcək.
“Avtobuslarda ictimai qaydanı pozan hərəkətlər hüquqpozma kimi tövsif olunacaq. Cərimənin maksimum məbləği 500 Sinqapur dolları (təxminən 392 ABŞ dolları) təşkil edəcək”, — deyə məlumatda qeyd olunur.
Avtobuslarda ucadan musiqi dinləmək, qida qəbul etmək, zibil atmaq, ayaqları oturacaqların üzərinə qoymaq qadağan ediləcək. Sərnişinlər bu cür hərəkətlərə görə cərimələnə bilərlər.
Sərnişinlərin həyatına təhlükə yaratmaq və ya nəqliyyat vasitələrini çirkləndirmək kimi daha ciddi pozuntulara gəldikdə isə 5 min Sinqapur dolları (təxminən 3,9 min dollar) məbləğində cərimə nəzərdə tutulub.
Məryəm





















