Dünya birjalarında neftin qiyməti dəyişib

🗓 22.09.2014 12:47 ✍️ "Elçi" qəzeti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.13478_0 Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 92,41 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar bahalaşaraq 98,39 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindənAzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,85 dollar bahalaşaraq 98,43 dollar təşkil edib.

Bənzər yazılar