Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
Elchi.az xəbər verir ki, məktubda dövlətimizin başçısı Braziliya Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.
“Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir”, – deyə məktubda vurğulanıb.
Azərbaycan Prezidenti braziliyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Braziliya xalqına isə əmin-amanlıq və rifah diləyib.
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul...





















Son şərhlər