Elchi.az xəbər verir ki,ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarın kollektiv şəkildə veriləcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Fransanın “Le Monde” qəzetinin Vaşinqtonun Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə mənfi münasibəti ilə bağlı dərcini şərh edib.
Vaşinqtonun NATO-nun açıq qapı siyasətini dəstəklədiyini deyən Patel, bunun kollektiv qərar olduğunu da qeyd edib.“Aydındır ki, bu, kollektiv qərardır və onu bütün alyans müəyyənləşdirməlidir”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib və qeyd edib ki, hazırda Vaşinqton Kiyevə dəstəyin təmin olunmasına diqqət yetirib.
Nuranə Məmmədova