Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi paytaxt Ər-Riyad üçün erkən xəbərdarlıq sisteminin təhlükə barədə siqnal verdiyini açıqladı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, Yəmənin paytaxtı Sənada – İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazidə – iki ballistik raket buraxıcı qurğusunun məhv edildiyini bildirdi.
Elchi.az xəbər verir ki, Mülki Müdafiə İdarəsi sosial media hesabında yaydığı bəyanatda Ər-Riyad üçün erkən xəbərdarlıq sisteminin işə salındığını təsdiqlədi.
Bəyanatda xəbərdarlığı qəbul edən şəxslərə sakit qalmaları və rəsmi qurumların təlimatlarına riayət etmələri tövsiyə olundu.
Vətəndaşlara təhlükəsiz bir otağa – mümkün qədər pəncərələrdən uzaq bir yerə – keçmələri və təhlükə sovuşana qədər olduqları binada qalmaları məsləhət görüldü. Çöldə olanlara isə ən yaxın binaya daxil olmaları və ya hər hansı bir mühafizə səddinin arxasında gizlənmələri tapşırıldı.
Daha sonra Mülki Müdafiə İdarəsi təhlükənin aradan qalxdığını elan etdi.
Husilər tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raket zərərsizləşdirildi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü general-mayor Türki əl-Maliki sosial media hesabında husilər tərəfindən həyata keçirilən ballistik raket hücumunun qarşısının alındığını bildirdi.
Əl-Maliki husilər tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raketin hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edildiyini açıqladı.
Şayəstə




















