İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani İranın Venesuela ilə müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığını vurğulayaraq bildirib ki, Tehran bütün dünyada sülh və təhlükəsizliyə sadiq olan ölkələrə silah tədarükünə heç bir məhdudiyyət qoymur.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir ki, Aştiani “Tasnim” xəbər agentliyinə müsahibəsində Venesuelanı həssas bölgədə yerləşən və İranın uzun illərdir prezidentlər səviyyəsində sıx əlaqələr saxladığı böyük dövlət kimi xarakterizə edib.
General bildirib ki, İran-Venesuela Müştərək İqtisadi Komissiyasının fəaliyyətini idarə edən İran Müdafiə Nazirliyi Latın Amerikası dövlətinə müxtəlif daxili imkanlar, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində təmin etmək üçün planlar hazırlayır.
“Biz başqa ölkələrə texnikanın (hərbi) tədarükünə məhdudiyyət qoymuruq. Biz bütün ölkələrlə əlaqə saxlayırıq və bu cür əlaqələri fəal şəkildə qoruyuruq. Biz, şübhəsiz ki, beynəlxalq maraqların, təhlükəsizliyin və sülhün qorunmasına sadiq olan və bütün dünyanın ümumi təhlükəsizliyinin qayğısına qalan istənilən ölkəyə kömək edəcəyik”.
Yeganə