Dövlət İmtahan Mərkəzi fortepiano aləti üzrə xüsusi qabiliyyət imtahanı vermək istəyən abituriyentlərə müraciət edib.
DİM-dən Elchi.az -a verilən məlumata görə, müraciət məşqlərlə bağlıdır.
Bildirilib ki, fortepiano aləti üzrə xüsusi qabiliyyət imtahanı vermək istəyən abituriyentlər iyunun 28-29-da saat 10:00-dan 16:00-dək Bülbül adına orta ixtisas musiqi məktəbində məşqlərdə iştirak edə bilərlər.