APA-nın məlumatına görə, Şeyx bildirib ki, bu yaxınlarda Moskvada Rusiyanın patriarxı ilə görüşündə də bu məsələ müzakirə olunub və yaxın zamanlarda gözlənilən erməni katolikosu II Qareginlə görüşündə bu birinci məsələ kimi qaldırılacaq.
A.Paşazadə qeyd edib ki, bu məsələ ilə bağlı ən düzgün addımları müdafiə və hüquq-mühafizə orqanları ata bilər: “Biz daima dövlətin yanındayıq və bu məsələdə nə lazımdırsa, o addımı ata bilərik. İmkan daxilində də əlimizdən gələni edəcəyik”.