İngiltərə Xarici İşlər Naziri “David Cameron” ölkəsinin İsrailin özünü müdafiə haqqına verdiyi dəstəyə işarə edərək, “Əlbəttə, bu dəstək qeyd-şərtsiz deyil. Biz uğurlu bir demokratiyanın beynəlxalq humanitar hüquqa uyğun olmasını gözləyirik” -deyib.
Elchi.az xəbər verir ki, Kemeron “The Sunday Times” üçün yazdığı məqalədə İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana keçən 6 ayı dəyərləndirib.
Beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) işçilərinə hücuma toxunan Kameron 3 Britaniya vətəndaşının da həyatını itirdiyini xatırladıb.
İsrailin səhvini qəbul edib məsuliyyəti öz üzərinə götürdüyünə diqqət çəkən Kameron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.
Kameron, “Aylardır ki, baş nazir (Rishi Sunak) və mən İsraili Qəzzaya daha çox yardım etməyə çağırırıq və həll edilməsi lazım olan problemlərə diqqət çəkirik”,- qiymətləndirməsini edib.
Yeni yardım dəhlizlərinin açılacağı və daha çox sərhəd qapısından yardıma icazə veriləcəyi xəbərinin sevindirici olduğunu vurğulayan Kameron, “Sözləri hərəkətə çevirmək lazımdır, çünki əks halda kütləvi aclıq nəzərə alınması lazım olan pis bir ehtimaldır”, – deyib
Yardımların paylanmasının əhəmiyyətinə diqqət çəkən Kameron, “Humanitar yardım təşkilatlarının nümayəndələrini Qəzzada yardım fəaliyyətləri həyata keçirən İsrail qurumu olan Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiya Birliyinə (COGAT) qoşulmağa çağırıram” -deyə bəyanat verib.
Nuranə Məmmədova