Pakistanın Bəlucistan əyalətində partlayıcı yüklü motosikletin partlaması nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, hadisə ilə bağlı polis rəsmisi Muhammed Arif Zarkon açıqlama verib.
Zarkon partlayıcı yüklü motosikletin partlaması nəticəsində 2 nəfərin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib.
Hadisənin Bəlucistanın Kuzdar şəhərində baş verdiyini bildirən Zarkon, yaralananlar arasında bir qadın və iki polis əməkdaşının olduğunu bildirib.
Yerli mətbuatda partlayışın “hücum” olduğu bildirilir.
İslamabadda yerləşən Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CRSS) aprelin 1-də dərc etdiyi hesabata görə, 2024-cü ilin birinci rübündə ölkə daxilində ən çox terror hadisələrinin baş verdiyi əyalətlər Bəlucistan və Xayber Paxtunxva olub.
Hesabata görə, bu ilin birinci rübündə Hayber Paxtunxva və Bəlucistanda törədilən 200 terror aktında 281 mülki şəxs və təhlükəsizlik işçisi həyatını itirib. Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi 48 antiterror əməliyyatında 151 yaraqlı zərərsizləşdirilib.
Nuranə Məmmədova