Şimali Koreya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, ABŞ-ın davam edən təxribatları müharibə elanı kimi qiymətləndiriləcək.
Elchi.az xəbər verir ki, KXDR Xarici İşlər Nazirliyinin departamentinin direktoru Kvon Conq Geun Vaşinqtonu Pxenyana qarşı təxribatları dayandırmağa və onun etirazlarına məhəl qoymamağa çağırıb, əks halda Şimali Koreyanın ABŞ-ın hərəkətlərini müharibə elanı kimi qiymətləndirə biləcəyini qeyd edib.
“Birləşmiş Ştatlar anlamalıdır ki, bizim etirazlarımıza məhəl qoymadan təxribat xarakterli hərəkətlərin davam etdirilməsi, KXDR-ə qarşı düşmənçilik, müharibə elanı kimi qiymətləndirilə bilər”, – deyə xarici əlaqələr departamentinin rəhbəri bildirib.
Kvon Conq Geun regionda gərginliyi azaltmağın yeganə yolunu Vaşinqtonun Cənubi Koreyada strateji silahların yerləşdirilməsini dayandıracaqları, həmçinin Şimali Koreyaya qarşı yönəlmiş təlimləri dayandıracaqları effektiv mövqe nümayiş etdirməsi adlandırıb.
Şayəstə