Nazirlikdən bildiriblər ki, parlamentari Azovstalın ələ keçirilməsinə rəhbərlik etmək üçün Kadırovun tapşırığı ilə Mariupola gəlib.
Elchi.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dövlət Dumasının deputatı Adam Delimxanovu qiyabi olaraq respublikanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham edib.
Agentliyin Telegram kanalında deyildiyi kimi, SBU “Mariupolun ələ keçirilməsində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanovun günahına dair təkzibolunmaz sübutlar toplayıb”.
Kəşfiyyat xidmətinin məlumatına görə, parlamentari Milli Qvardiyanın və Rusiya Daxili İşlər Nazirliyinin bölmələrinin daxil olduğu qoşun qrupuna rəhbərlik edib. İdarə hesab edir ki, Delimxanov Mariupola Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun şəxsi göstərişi ilə Azovstal zavoduna hücuma rəhbərlik etmək üçün gəlib.
Bundan əlavə, deputat Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına haqq qazandırmaqda ittiham olunub.
Şayəstə