Delfinlər insanlara balıq tutmaqda kömək edir

110

Delfinlərin insanlara balıq tutmaqda köməklik etdiyi məlum olub.

Elchi.az Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Oreqon Universitetinin alimləri delfinləri Braziliya sahilləri yaxınlığında müşahidə etdikdən sonra belə bir nəticəyə gəliblər.

Alimlər qeyd edib ki, Braziliya sahili yaxınlığındakı delfinlər böyük qruplar halında üzür, balıqçılara lazımi anda qarmaqları atmalarını, sonra isə tutulan balığı oğurlamalarını bildirirlər.

Tədqiqatın aparıcı müəllifi Maurisio Kantor bildirib ki, delfinlər insanların 17 dəfə daha çox balıq tutmalarına köməklik edir: “Delfinlərlə insanların bir məqsədi var: balıq tutmaq. Onlar bunu təkbaşına edə bilərlər, lakin onlar komandada daha yaxşı işlədiklərini aşkar ediblər”.

Yeganə