Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.
Elchi.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. Fransızlar 1998 və 2018-ci illərdə bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.
***
Bakı vaxtı ilə saat 19:00-da final matçı start götürüb.
Canlı yayımı Buradan izləyə bilərsiniz.
***
23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib: 1 -0
***
Angel Di Maria ikinci qolu rəqibin qapısından keçirib. 2 – 0
***
Fransa fərqi azaldıb, 80-ci dəqiqədə Mbappe penaltını dəqiq yerinə yetirib: 2 – 1
***
Mbappe 82-ci dəqiqədə ikinci topu da rəqibin qapısından keçirdi: 2- 2
***
Qarşılaşmanın əsas vaxtı 2- 2 hesabı ilə başa çatıb.
***
Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.
Buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.
Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.
***
Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.
***
109-cu dəqiqədə Lionel Messi “tanqoçular”ı yenidən hesabda önə keçirib: 3:2.
***
118-ci dəqiqədə Mbappe penalti zərbəsi ilə hesabı bərabərləşdirib: 3 – 3
***
Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.
Görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb – 3:3.
Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.
***
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.
Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.