Dodaqlarınızın gözəlliyi üçün bunları edin
Daha seksual və dolğun dodaqları kim istəməzki? ANS PRESS bu gün dodaqların gözəllik sirrini açıqlayacaq. Bunu etmək elə də çətin deyil.
Bu sadə üsullarla dudaqlarınıza daha çox cazibə qata bilərsiniz.
1. Canlandırın
Dodaqlarınızın daha dolğun görünməsi üçün canlandırma önəmlidir. Şəkər və balı qarışdıraraq dodaqlarınızı masaj edin. Asta sürtməklə siz həm də pelinq effekti yarada bilərsiniz.
2. Nəmləndirin
Dodaq boyasını quru dodağa çəkməyin. Əks təqdirdə çatlamış və qırış görüntü əldə edəcəksiniz. Çalışın boyadan öncə nəmləndirici vasitələrdən istifadə edin.
3. Qoruyun
Sadəcə yayda yox, qışda da dodaqlara xüsusi qulluq lazımdır. Dodaq boyası alarkən tərkibində qoruyucu vasitələr olanları seçin.
4. Cizgiləri müəyyən edin
Dodaqlarınızın daha seksual və dolğun görünməsi üçün onun cizgilərini müəyyən edin. Bunun üçün pomada rəngində bir qələmdən istifadə etmək olar.
5. Dodaq fırçası
Yaxşı nəticə almaq üçün boyanı fırça ilə sürtün. Bu sayədə çatlaqlar və qırışlar daha görünməz olacaq.
6. Artıqları yox et
Dodaq boyası sürtəndən sonra artıqları təmizləmək üçün üzərinə bir salfet qoyun. Bu sayədə artıq boya saltefə hopacaq.
7. Son istifadə
Unutmayın ki, hər kosmetika kimi dodaq boyasının da son istifadə müddəti var. Tarixi keçən boya əsla gözəl görünməyəcək.
ANS PRESS