Müğənni “Dəli dünya”sını təqdim etdi
Yaradıclığında fasilələrə son qoyub, sənətini əvvəlki tempdə davam etdirən məhşur müğənni İradə İbrahimova yeni mahnısını təqim edib.
ANS PRESS-in məlumatına görə, “Dəli dünya” adlanan mahnının söz və musiqi müəllifi Türkiyənin məhşur müğənnisi Sərdar Ortaça məxsusdur.
Bu mahnı S.Ortaçın repertuarında yer alsa da, artıq müəllif hüquqları İradə İbrahimovada qorunur.
Mahnını rəsmi sənədlərdə özününküləşdirən İradə xanım yaxın aylarda Sərdar Ortaçın məhz onun ifası üçün yazılacaq mahnını oxuyacağını diqqətə çatdırdı.
İradə İbrahimovanın “Dəli dunya”sını təqdim edirik:
ANS PRESS