“DəmirBank” Sabirabadda “Nağdsız ödənişlər və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib

🗓 22.09.2014 13:52 ✍️ "Elçi" qəzeti

“DəmirBank” Sabirabad şəhərində “Nağdsız ödənişlər və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib.Demir_Bank_100511_0 Bankdan AzərTAc-a bildiriblər ki, tədbirdə iştirakçılara “DəmirBank”ın 25 illik tarixindən, nailiyyətlərindən, nağdsız ödənişlər və onların əhəmiyyətindən, eyni zamanda, sahibkarlara “Artdıqca sərfəli” biznes kredit aksiyasından danışılıb. Tədbir çərçivəsində filialda “Açıq qapı” təşkil olunub. Otuzdan artıq müştərinin iştirak etdiyi tədbirdə bankın nümayəndələri iştirakçılara “DəmirBank”ın Sabirabad filialının göstərdiyi xidmətlər, xüsusilə “Güzəştli kredit”, “Artdıqca sərfəli”, “DəmirTaksit” xidmətləri barədə geniş məlumat veriblər.

Bənzər yazılar