"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

«Cəsarət edib Putin-ə «yox» deyənlər NATO dövlətləridir»

23 Aprel 2015 - 13:13
in MANŞET
FacebookVatsap

Vəfa Quluzadə

Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında və bayram tədbirlərində iştirak edəcək. Bu xəbərə Azərbaycanda müxtəlif münasibət göstərildi. Politoloq Vəfa Quluzadəilə bu haqda danışmışıq.

– Vəfa müəllim, bəziləri deyir ki, bu gün faşizm üzərində qələbə çalınıb və orda iştirak normaldır, bəziləri də düşünür ki, işğala məruz qalan ölkənin prezidentinin işğalçı dövlətin başçısının yanında durması düzgün deyil. Xüsusən də indiki məqamda, üstəlik də Qərb dövlətlərinin liderləri də tədbirə qatılmaqdan imtina ediblər.

Bunu da oxuyun

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

-Cəsarət edib Putin-in dəvətinə «yox» deyən dövlətlər NATO ölkələridir. Onların nüvə silahı var. Torpaqlarının 20 faizi işğal edilməyib, atəşkəs gündə böyük provokasiyalarla pozulmur. Ona görə də, onlar cəsarət edib Putin-in üzünə deyirlər ki, «sən işğalçı olduğuna görə tədbirində iştirak etməyəcəyik». Amma istər Azərbaycan, istərsə də MDB dövlətlərinin rəhbərləri Qələbə bayramına gedəcəklər. Bircə Lukashenko-nun bəhanəsi var, Belarus özü Qələbə münasibətilə parad keçirir və orda iştirakı qaçılmazdır. Ona görə də, Moskvaya getməyəcək. Qalanları gedir. Rusiya hələlik Qazaxıstanı, Özbəkistanı və başqalarını təsiri altında saxlayır. Biz hamımız Rusiyanın gücündən, yumşaq desək, çəkinirik. Başqa çıxış yolu yoxdur.

– Bu ərəfədə Rusiya prezidenti Putin Ermənistanda «soyqırımı»nın 100 illiyi ilə bağlı mərasimdə iştirak edəcək. Azərbaycanın ünvanına iradlar səslənir ki, ən azı buna görə Putin-in dəvəti qəbul edilməməli idi.

– Putin də məcburdur getməyə. Ermənistan nəzarətdən çıxmaqdadır. Axır vaxtlar Ermənistanda Rusiya əleyhinə çıxışlar artıb, anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Birincisi, Yerevan özünü müstəqil hiss etmək, Avropa İttifaqına inteqrasiya etmək istəyir, amma Rusiya onu Avrasiya İttifaqına üzvlüyə məcbur edir. Ondan başqa, rus hərbçisinin erməni ailəsini qırmağı Ermənistanda Rusiya əleyhinə ab-havanı xeyli gücləndirib. Ermənistan Moskvanın nəzarətindən çıxmasın, Gümridəki bazalarda ermənilər olmasın, ermənilər türklərlə sərhədi açmasın deyə, Putin ora mütləq getməlidir və gedir. Putin getməsə, Yerevan bundan istifadə edib deyəcək ki, Avrasiya İttifaqından çıxır. Rusiya da bu bəhanəni onlara verə bilməz.

– Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la «erməni soyqırımı»nın 100 illiyi ilə əlaqədar Yerevana səfərini müzakirə edib. Putin buna niyə ehtiyac duyub, sizcə?

– Erdoğan özü Ermənistana getməsə də, bir nümayəndə heyəti göndərəcək. Bununla Türkiyə özünün böyük dövlət olduğunu göstərir. Eyni zamanda, Erdoğan nümayiş etdirir ki, ermənilərin soyqırımı əhvalatını qəbul etmir. Bəli, qətliamlar olub, Türkiyə buna görə təəssüfünü bildirib. Ankara son hadisələrdə yumşaq mövqe tutub, balaca Ermənistanla sərt qarşıdurmaya getmir. Mənə elə gəlir ki, düz də edir, baxmayaraq ki, tənqidlər çoxdur. Onu öz arxivlərini açaraq ermənilərin də türklərə qarşı qətliamlarını açıqlamamaqda qınayırlar və ya Rusiya arxivlərindəki sənədlərə söykənərək rus generallarının erməniləri necə silahlandırdığını, necə türklərin əleyhinə yönəltməsi haqda materiallardan istifadə etməsini də üzə çıxarmır. Türkiyə nədənsə buna soyuqqanlı yanaşır. Əksinə, Türkiyə ona can atır ki, qonşu Ermənistanla sərhəd açılsın və Ermənistan da onun təsir zonasına keçsin. Çünki Ermənistan Türkiyəyə, onun iqtisadiyyatına möhtacdır. Ona görə də, Rusiya bizim regionda vəziyyətin düzəlməsinə imkan vermir.

– Qayıdaq əvvəlki mövzuya. Vəfa müəllim, deyirsiniz Belarusun bəhanəsi var ki, parad keçirir, Qələbə günündə Moskvaya getmir. Azərbaycan niyə bəhanə tapa bilmir? Belə sadəlövh sual…

– Biz güclü olsaq, bəhanə taparıq. Amma biz güclü olmadığımıza görə bizim əleyhimizə bəhanə tapırlar. Dünya hələlik Putin-in aqressiv siyasətinin qarşısını ala bilməyib. Dünya Azərbaycanın 20 faizinin işğalına göz yumur, bunu heç gündəmə gətirmir. Bakıda 20 Yanvar hadisələri, Xocalı soyqırımı olub, hansında Qərb Azərbaycanın yanında durub? Bizim arxamızda duran yoxdur. Bu şəraitdə Azərbaycan təhlükəsizliyini təmin etməkdən ötrü Rusiyadan xoflandığını nümayiş etdirməyə məcburdur.

Previous Post

«Cəsarət edib Putin-ə «yox» deyənlər NATO dövlətləridir»

Next Post

Dünya birliyinin var-yoxluğu

Bənzər yazılar

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 26-cı ildönümü ilə bağlı...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

21 Avqust 2026 - 17:06

İran güclü geosiyasi mövqededir, buna görə də hazırda Yaxın Şərqdəki münaqişəni əlverişli şərtlərlə başa vurmaq imkanı var. Elchi.az xəbər verir ki,...

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

“Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcəyik” – Netanyahu

20 Avqust 2026 - 13:00

"Suriyada İsraili təhdid edən Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik". Elchi.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib....

Next Post

Dünya birliyinin var-yoxluğu

Sabah külək əsəcək - HAVA PROQNOZU

Son xəbərlər

Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust 2026 - 10:33
Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

22 Avqust 2026 - 10:00
Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.