“Crocus City Hall”a hücum edən dörd nəfər psixotrop maddələrin təsiri altında olub.
Elchi.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Nəşrin məlumatına görə, ekspertiza terrorçuların qan testlərində reallıq qavrayışını dəyişdirən və qorxu hissini söndürən psixotrop maddə aşkarlayıb.
Bundan əlavə, istintaq orqanları müəyyən edib ki, hücumdan əvvəl dörd müttəhim martın 7, 10 və 14-də “Crocus City Hall”da olub, terror aktına hazırlaşıblar. Onlar həmçinin martın 21-də yanacaqdoldurma məntəqəsində ağ rəngli Renault markalı avtomobili doldurarkən, konsert salonuna getdikləri və hücumu törətdikdən sonra qaçdıqları zaman kameraya düşüblər.
Nuranə Məmmədova