Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistana səfərinin başladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri “X” sosial şəbəkədəki səhifəsində yazıb.
Kuleba Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın dəvəti ilə Yeni Dehliyə gəldiyini bildirib. Nazir Ukrayna-Hindistan əməkdaşlığının Kiyev üçün əhəmiyyətini qeyd edib.
Ukrayna diplomatik xidmətinin rəhbərinin Nyu-Dehliyə planlaşdırılan səfəri martın ortalarında məlum olub. Aydınlaşdırılıb ki, bu, Kiyev nümayəndələrinin münaqişə başlayandan bəri Hindistana ilk səfəridir.
Nuranə Məmmədova