"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş qərargah rəisi isə general​ Bəxtiyar Ərsoy olsun”

18 Dekabr 2022 - 12:38
in MANŞET
FacebookVatsap

“İlk növbədə Ermənistandan Qarabağa qaz və elektrik enerjisinin verilməsini dayandırılmalı, Qarabağdakı erməni yaşayış mətəqələrinin qaz və elektrik xətləri Azərbaycanın müvafiq​ şəbəkələrinə birləşdirilməlidir. Qarabağın erməni sakinlərindən tələb olunmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi istifadə etdikləri enejinin pulunu manatla ödəsinlər. Bunu etməsələr, qaz və enerji verilişi dayandırılmalıdır”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb:
– Qüdrət bəy, Qarabağ üzərində dövlət suverenliyimizin bərpası​ üçün sizcə nə etməliyik? Yaxın gələcəkdə bunu mümkün sayırsınızmı?
​- Yaxın gələcəkdə Qarabağda Azərbaycanın dövlət suverenliyini​ bərpa etməyi mümkün sayıram. Amma Putin 10 noyabr 2020-ci il sazişindən sonra tez-tez deyir ki, biz razılaşmışıq ki, Qarabağın statusu məsələsini gələcək rəhbərlər həll etsin. Hadisələrin gedişi göstərir ki, Rusiya həmin “məchul gün”ə qədər​ Qarabağı öz nəzarətində saxlamağı düşünür. 10 noyabr sazişi​ də elə formada tərtib olunub ki, tərəflər heç cür razılığa gələ bilməsin. Vəziyyəti ağırlaşdıran ikinci məqam ondan ibarətdir ki, Qərb də sözdə yox, reallıqda münaqişənin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində həll olunmasında maraqlı deyil, Ermənistanın işğalçılıq siyasətini bəzən dolayısı, bəzən isə açıq formada dəstəkləyir. Biz Qarabağda dövlət suverenliyini güc tətbiq etməklə bərpa etmək istəsək və bu zaman Rusiya -Ermənistan-İran​ üçlüyü ilə üz-üzə gəlsək, əminliklə deyirəm ki, Qərb bu üçlüyə tam dəstək verəcək, ən azından Fransanın timsalında. Fransanın Praqa görüşündən sonra mövqeyini dəiyşməsində də kənar güclərin böyük rol oynadığını düşünürəm. Azərbaycanın son 34​ illik tarixi,”907-ci düzəliş” də bunu təsdiq edir.
Vəziyyətin ciddiliyinə baxmayaraq müəyyən addımlar atmalıyıq. İlk növbədə Ermənistandan Qarabağa qaz və elektrik enerjisinin verilməsini dayandırılmalı, Qarabağdakı erməni yaşayış mətəqələrinin qaz və elektrik xətləri Azərbaycanın müvafiq​ şəbəkələrinə birləşdirilməlidir. Qarabağın erməni sakinlərindən tələb olunmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi istifadə etdikləri enejinin pulunu manatla ödəsinlər. Bunu etməsələr, qaz və enerji verilişi dayandırılmalıdır. Bu zaman ermənipərəst dünya gücləri üstümüzə əvvəlki kimi gələ bilməyəcək. Rusiyanı da​ müxtəlif yollarla əmin etmək lazımdır ki, Qarabağı öz nəzarətində saxlaması üçün erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane​ olmasın. Əks halda​ Azərbaycanı itirə bilər. Biz Rusiyanın​ təhlükəsizlik və iqtisadi sahədə bölgədəki maraqlarını ikitərəfli və çoxtərəfli əməkdaşlıq formasında təmin edə bilərik. İlkin addım kimi biz Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı müraciət edə bilərik. Bu həm də bizim iqtisadiyyatın liberallaşmasına və inkişafına ciddi​ töhfə verərdi. Azərbaycan həm də, nəhayət ki, Dünya Ticarət Təşkilatına üzv olmalıdır.
Dövlət suverenliyimizin bərpasına kömək üçün​ müttəfiqlərimizə və dost ölkələrə müraciət etməkdən çəkinməməliyik. Ermənistana​ təzyiqlər artırılmalı, Azərbaycan Ordusunun ən elitar hissələri Qarabağda yerləşdirilməlidır. Laçın və Kəlbəcərdə hər bir kənd və qəsəbənin bərpasına tezliklə başlamalı, onlar genişləndirilməli, bu iki rayonda çoxlu istehsal və emal müəssiələri yaradılmalı, qısa zaman kəsiyində iki yüz min insanın həmin ərazilərə köçürülməsi təmin edilməlidir. İnsanlara imkan yaratmaq lazımdır ki, kimlərin maddi vəsaiti varsa evlərini bərpa etsinlər. Dövlət xətti ilə bərpa – quruculuq işlərinə daha çox həmin bölgədən olan,kənd həyatı ilə tanış adamlar cəlb olunmalıdır.
– Müdafiə nazirinin müavini postuna mülki şəxsin təyin olunmasını necə qarşıladınız?
– Çox müsbət qarşıladım. Hər zaman söyləmişəm ki, Silahlı Qüvvələrin üzərində ciddi mülki nəzarət olmalıdır. Demokratik ölkələrdə orduya mülki nəzarəti təmin etməyin ən yaxşı üsulu müdafiə nazirinin mülki şəxs olmasıdır. Baş qərargah rəisinin hərbçi olması yetərlidir. Bundan başqa Silahlı Qüvvələrə​ güclü​ parlament nəzarəti təmin edilməlidir. Çox təəssüf ki, bizdə “Silahlı Qüvvələr haqqında” Qanuna görə yalnız Ali Baş Komandanın belə bir səlahiyyəti var. Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş qərargah rəisi isə Azərbaycan vətəndaşlığını qəbul etmiş general​ Bəxtiyar Ərsoy olsun. O, özünü yaxşı mənada​ təsdiq etmiş generaldır, xalqımızın ona böyük etimadı var və orduda islahatları həyata keçirmək gücündədir. “Tərtər hadisələri” deyilən, orta əsrlərə xas qanlı cinayətlər​ və 44 günlük savaş ordumuzun rəhbərliyində ciddi struktur və kadr islahatlarının​ həyata​ keçirilməsini, əslində ordunun və məhkəmə sisteminin yenidən qurulmasını​ qaçılmaz etmişdir.Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, yüksək hazırlıqlı və təminatlı​ peşəkar ordu qurulmalıdır.

Bunu da oxuyun

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Previous Post

“Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş qərargah rəisi isə general​ Bəxtiyar Ərsoy olsun”

Next Post

Sabahın hava proqnozu açıqlandı

Bənzər yazılar

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07

Təxminən 100 000 nəfərin məlumatlarını təhlil edən bir araşdırma, yuxu keyfiyyətinin sağlamlıq üçün yuxu müddəti qədər vacib ola biləcəyini üzə...

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39

Tehranın "ağır zərbələr"lə bağlı xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar verərək, ölkəni tamamilə məhv etməklə hədələyib....

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Next Post
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Rafael Ağayev yenə çempion oldu

Rafael Ağayev yenə çempion oldu

Son xəbərlər

CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

21 Sentyabr 2026 - 16:58
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

21 Sentyabr 2026 - 16:46
Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün təsərrüfatlar qurulub

21 Sentyabr 2026 - 16:37
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir

21 Sentyabr 2026 - 16:25
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21 Sentyabr 2026 - 16:19
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21 Sentyabr 2026 - 16:06
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

21 Sentyabr 2026 - 15:42
Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.