Pekin və Paris beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin prinsipləri əsasında Ukraynada sülhün bərpası üçün bütün səyləri dəstəkləyir. Elchi.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin və Fransanın Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Tszin
arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda bildirilib.
Çin və Fransa beynəlxalq təhlükəsizliyə və sabitliyə çağırış və təhdidlərə qarşı beynəlxalq hüquqa əsaslanan konstruktiv həll yollarının tapılmasına birgə sadiqdirlər və hesab edirlər ki, ölkələr arasında fikir ayrılıqları və mübahisələr dialoq və məsləhətləşmələr yolu ilə sülh yolu ilə həll edilməlidir”, – nəşrdə deyilir.
Havar Şəfiyeva