Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb.
Elchi.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.
Qəzada xəsarət alan 11 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, qəza zamanı avtobusda 35 sərnişin olub.





















