"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
in MANŞET
FacebookVatsap

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, qlobal iqtisadi münasibətlərdə özünəməxsus yer tutur. Ölkəmiz dünyanın aparıcı investorlarından birinə çevrilməklə beynəlxalq investisiya məkanında fəal iştirak edir.

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyində mühüm pay sahibi olan Azərbaycanın əlverişli investisiya mühiti bu uğurların əsas dayaqlarındandır. Ölkəmizdə formalaşan iqtisadi sabitlik, şəffaflıq və etibarlı biznes mühiti xarici sərmayədarların marağını artırır. Artıq investorların Azərbaycana cəlb olunması üçün xüsusi səylərə ehtiyac qalmır. Ölkəmizin yaratdığı əlverişli imkanlar və formalaşdırdığı etibarlı iqtisadi mühit xarici investorların öz təşəbbüsləri ilə Azərbaycana üz tutmasına şərait yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunu gücləndirir, ölkəmizi dünya iqtisadiyyatının diqqət mərkəzində saxlayır.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkil olunması ölkəmizin investisiya imkanlarının beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm hadisə oldu. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və moderatorun suallarını cavablandırması Azərbaycanın iqtisadi potensialı və investisiya imkanları ilə bağlı mühüm mesajlarla yadda qaldı.

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın investisiya potensialının genişliyini aydın göstərdi. Ölkəmizin əlverişli biznes mühiti, siyasi və iqtisadi sabitliyi, güclü maliyyə imkanları, inkişaf etmiş nəqliyyat infrastrukturu və qonşu dövlətlərlə etibarlı əməkdaşlığı Azərbaycanı Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və dəniz limanlarına yatırılan sərmayələr tranzit və logistika imkanlarını genişləndirir, rəqəmsallaşma və müasir gömrük idarəçiliyi isə bu potensialı daha da gücləndirir. Dövlət başçısı ölkəmizin enerji imkanlarına da toxunaraq bildirdi ki, neft və qaz sektoru aparıcı mövqeyini qoruyur.
Eyni zamanda bərpaolunan enerji, elektrik enerjisinin ixracı, enerjiötürücü xətlərin inkişafı, enerjisaxlanc sistemlərinin qurulması və süni intellekt üçün data mərkəzlərinin yaradılması ölkəmizin yeni investisiya və inkişaf istiqamətlərini təşkil edir. Mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də geniş investisiya imkanlarına malik sahələr sırasındadır. Bununla yanaşı ölkə başçısı Azərbaycanın rəqəmsal transformasiya, kibertəhlükəsizlik, fiber-optik bağlantılar və insan kapitalının inkişafı sahəsində həyata keçirdiyi işlərin ölkənin gələcək iqtisadi potensialını daha da artırdığını bildiridi. Xaricdə təhsil proqramları və peşəkar kadr hazırlığına yönələn siyasət müasir iqtisadiyyat üçün zəruri olan bilik və bacarıqların formalaşmasına şərait yaradır. Bütün bu amillər Azərbaycanın uzunmüddətli investisiyalar üçün əlverişli, təhlükəsiz və proqnozlaşdırılan iqtisadi məkan kimi mövqeyini gücləndirir.

Deputat yekunda qeyd edib ki, investisiya gücü ilə yeni mərhələdə addımlayan ölkəmizin əldə etdiyi nəticələr, formalaşdırdığı sabitlik və qarşıya qoyduğu inkişaf hədəfləri dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ardıcıl nəticəsidir. Forum çərçivəsində moderator Adebayo Oqunlesinin dövlət başçımıza xitabən “Əgər azərbaycanlı olsaydım, Prezident İlham Əliyevə səs verərdim” deməsi isə ölkəmizin inkişaf yoluna kənardan verilən diqqətçəkən qiymətlərdən biri kimi yadda qaldı. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda qlobal bağlantının, investisiya sabitliyinin, sülh və əminamanlığın möhkəmlənməsinə yönəlmiş siyasət həyata keçirir. Ölkəmizin bu istiqamətdə qazandığı mövqe Azərbaycanın regional proseslərdə artan rolunu və beynəlxalq iqtisadi münasibətlərdə genişlənən imkanlarını aydın göstərir.

Previous Post

İki böyük panda Çindən ABŞ-yə aparılıb

Next Post

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.