Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hökuməti koronavirus pandemiyasının səbəbini tapmaq üçün qlobal araşdırmaya icazə verib.
Elchi.az bu barədə “TASS”-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Çin tərəfi ABŞ-dan fərqli olaraq bu məsələ ilə bağlı böyük həcmdə məlumat göndərib.
“Çin həmişə elmi faktlara əsaslanan virusun səbəbləri ilə bağlı beynəlxalq araşdırmaları dəstəkləyib və iştirak edib. Eyni zamanda, Çin bu məsələ ilə bağlı istənilən siyasi manipulyasiyaya qarşıdır”, – Mao Ninq bildirib.
Xatırladaq ki, koronavirus epidemiyasının başlanğıcında ABŞ və digər Qərb ölkələri dəfələrlə Çini günahlandırmağa çalışıblar. Xüsusilə, Vaşinqton COVID-19-un Çin laboratoriyalarından birində yaradıldığını istisna etməyib.
Yeganə